• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Energetika naziri iclas keçirib

Dekabr 25, 2025
A A

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.

Nazirlikdən Globalart.az-a bildirilib ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur obyektləri, həmçinin bu ərazilərdə 65 mindən artıq insan yaşadığı qeyd olunub. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulduğu, “Şəfəq” GES-də isə tikinti-quruculuq işlərinin davam etdirildiyi, həmçinin Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlandığı, azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 meqavat gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Günəş panelləri, kollektorlar, Günəş enerjisi əsaslı LED işıqlandırma avadanlıqları, LED əsaslı işıqlandırma qurğularından, dirəklərdən, “ağıllı” dayanacaqlardan, tikintidə izolyasiya materiallarından istifadə üzrə göstəricilər diqqətə çatdırılıb.

İclasda, həmçinin yaşayış komplekslərində istilik təminatı və mövcud vəziyyətin təhlili üzrə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasının 2026-cı il üçün icra qrafiki təsdiq edilib.

Toplantıda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, eləcə də “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.