• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Energetika naziri Oman Sultanlığının naziri ilə görüşüb

Dekabr 18, 2025
A A

Energetika naziri Pərviz Şahbazov və Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri arasında görüş keçirilib.

Energetika Nazirliyindən Globalart.az-a bildirilib ki, görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Omanın neft və qaz sahəsinə davamlı investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb. Bildirilib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına investisiya edir və bu sahədə regionun əsas ixracatçılarından biri olmağı hədəfləyir. Eləcə də ölkədə artıq dörd böyük Günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı ilə qədər enerji ehtiyaclarının 40 faizini bərpaolunan mənbələrdən təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton yaşıl hidrogen istehsalını planlaşdırdığı qeyd olunub.

Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, Günəş panelləri və külək turbinlərinin istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.