• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Estrada-Simfonik Orkestri Şamaxıda konsert verdi

Dekabr 29, 2025
A A

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri bölgələrdə milli musiqi mədəniyyətinin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib.

Globalart.az xəbər verir ki, Estrada-Simfonik Orkestrinin “Yurdumun sədası” adlı konsert proqramı Şamaxı Rayon Mədəniyyət Mərkəzində təqdim olunub. Musiqisevərlərin böyük maraq göstərdiyi konsertdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada janrında əsərlər səsləndirilib.

Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov yüksək peşəkarlıqla çıxış edərək tamaşaçılara xoş ovqat bəxş ediblər. Estrada-Simfonik Orkestrini dirijor Ellada Məmmədova idarə edib. Canlı orkestrin müşayiəti, zəngin repertuar və peşəkar ifaçılıq konsertə xüsusi rəng qatıb.

Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli çıxış edərək təəssüratlarını bölüşüb, kollektivə uğurlu konsert proqramına görə təşəkkürlərini bildiriblər.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.