Fəxri xiyabanı ziyarət etdilər
A
A
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Globalart.az bildirir ki, 2025-ci il noyabrın 23-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.
Daha sonra heyət Şəhidlər xiyabanını, Bakıda Türk Şəhidliyini ziyarət edib.
Globalart.az