• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Fariz İsmayılzadə: Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası real layihələr üzərində qurulur

Fevral 18, 2026
A A

Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası, sadəcə siyasi şüarlar deyil, konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real prosesdir. Bu proses, eyni zamanda, institutların möhkəmləndirilməsini və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında inteqrasiya proseslərinin güclənməsində ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə də mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər həm Türk dünyası daxilində, həm də bütövlükdə regionda inteqrasiya proseslərinə ciddi impuls verib.

Fariz İsmayılzadə bu baxımdan Türk Dövlətləri Təşkilatının inkişaf yolunu uğurlu model kimi dəyərləndirib. O qeyd edib ki, bu təşkilat ilkin mərhələdə humanitar əməkdaşlıq formatında fəaliyyət göstərsə də, zamanla güclü inteqrasiya prosesləri, müxtəlif institutların yaradılması, dövlət başçılarının sammitləri və iqtisadiyyat, energetika, təhlükəsizlik sahələrində konkret layihələrlə möhkəmlənib.

Deputat bildirib ki, bu model C6 formatı üçün də tətbiq oluna bilər. Onun fikrincə, C6 yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmamalı, daimi fəaliyyət göstərən institutlar, ekspertlər, iqtisadçılar və energetiklər arasında fasiləsiz dialoq mexanizmləri formalaşdırılmalı, konkret əməkdaşlıq layihələri həyata keçirilməlidir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.