FIFA qərarı: Azərbaycan və Özbəkistan Dünya Çempionatına ev sahibliyi edəcək
A
A
Globalart.az “Haqqın.az”a istinadən xəbər verir ki, 2027-ci ildə müsabiqə iki qardaş ölkədə keçiriləcək. Bu barədə qərar FİFA Şurasının Sürixdə keçirilən bugünkü iclasında qəbul edilib.
Ev sahibi kimi Azərbaycan və Özbəkistan yığmaları avtomatik olaraq dünya çempionatına vəsiqə qazanacaq.
Bu, 20 yaşadək futbolçular arasında 25-ci dünya çempionatı olacaq (2005-ci ilə qədər turnir gənclər arasında dünya çempionatı kimi tanınırdı). Hazırda Çilidə 20 yaşadək futbolçular arasında 24-cü dünya çempionatı davam edir. İyirmi dörd komanda iştirak edir.
Globalart.az
