• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Filarmoniyada Özbəkistan Mədəniyyət Günləri

Dekabr 18, 2025
A A

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutub. Tədbir Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı yaradıcılıq əməkdaşlığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Globalart.az xəbər verir ki, konsert proqramı Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunub. Kollektivin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının “Dostluq” ordeninin sahibi, Özbəkistan Respublikasının Xalq artisti Kamoliddin Urinbayev gecəni yüksək peşəkarlıq və incə zövqlə idarə edib.

Konsert orkestrin ifasında M.Hacıyevin “Bayram uvertürası” ilə açıldı. Əsərin bayram ovqatı və dinamik musiqi dili zalda xüsusi əhvali-ruhiyyə yaradaraq dinləyiciləri ilk dəqiqələrdən öz təsiri altına aldı.

Proqramın növbəti hissəsində Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli Konsertinin II və III hissələri səsləndi. Solist və orkestrin vəhdətdə, yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Daha sonra Xalq artisti, solist Yeganə Axundovanın (piano) iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün “Ərəb mövzularına Konsert”inin Final hissəsi dinləyicilərə təqdim olunub. Əsərin koloriti, melodik zənginliyi və virtuoz piano partiyası gecəyə xüsusi rəng qatıb.

Konsert proqramı dünya simfonik musiqi incilərindən biri — N.Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, op.35 (dörd hissədə) ilə yekunlaşıb. Şərq nağıllarının poetik obrazlarını canlandıran bu möhtəşəm əsər orkestrin dəqiq, şəffaf, eyni zamanda virtuoz və zəngin tembrli ifasında səslənib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.