• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu

Oktyabr 23, 2025
A A

15–19 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri — Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub. Pavilyonda ölkəmizin tanınmış yazıçı və şairlərinin əsərləri, müasir Azərbaycan nəşrləri, uşaq ədəbiyyatı nümunələri, həmçinin milli mədəniyyət və irsimizi əks etdirən nəşrlər ziyarətçilərin diqqətinə təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin nümayişləri, təqdimatlar və beynəlxalq görüşlər keçirilib. Xarici nəşriyyat nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində yeni razılaşmalar əldə edilib.
Frankfurt Beynəlxalq Kitab Sərgisi dünyanın 100-dən çox ölkəsindən 4 mindən artıq iştirakçını bir araya gətirən, qlobal kitab sənayesinin əsas hadisələrindən biri hesab olunur. Azərbaycan nümayəndə heyətinin iştirakının məqsədi ölkənin nəşriyyat və kitab sənayesini, milli ədəbiyyatını, həmçinin mədəni potensialını beynəlxalq səviyyədə təbliğ etməkdir.
Azərbaycan pavilyonu ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində əldə edilən əlaqələrin gələcəkdə ədəbi-mədəni əməkdaşlıqların inkişafına töhfə verəcəyi gözlənilir.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.