“GəncFest” müxtəlif fəaliyyətlər və konsert proqramı ilə yadda qalıb
A
A
“Gənclər həftəsi” çərçivəsində fevralın 3-də Xankəndi şəhərinin Zəfər meydanında 400-ə yaxın gəncin iştirakı ilə təşkil edilən “GəncFest” müxtəlif fəaliyyətlər və konsert proqramı ilə yadda qalıb.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, konsert proqramında tanınmış müğənni Mətin Hüseynzadə (MadTeen), həmçinin IX “Muğam” televiziya müsabiqəsinin finalçısı, 2025-ci il “İlin gənci” mükafatına layiq görülən Yusif Cəfərbəyli çıxış ediblər. “GəncFest” çərçivəsində gənclərin Şuşa şəhərinə ekskursiyası da təşkil edilib.
Globalart.az