• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“GəncTALKS 2026: İlham verən hekayələr və sərhədsiz imkanlar” adlı tədbir keçirilib

Fevral 4, 2026
A A

Gənclər Günü münasibətilə Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən əlilliyi olan gənclər üçün motivasiya platforması – “GəncTALKS” həyata keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən tədbirin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eləcə də potensiallarını üzə çıxarmaqdır.

Beynəlxalq “TEDx” formatında keçirilən tədbirdə müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar.

Eyni zamanda, istedadlı gənclərin ifasında musiqili çıxışlar tədbirə yüksək əhvali-ruhiyyə qatıb.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “Gəncİntellekt” ölkənin ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər təşkil edilib. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.