• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi olub

Noyabr 11, 2025
A A

Gəncə şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib: “Bizə zəfəri yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə isə sağlam həyat arzulayıram. Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində ölkəmizdə bütün idman sahələri yüksək səviyyədə inkişaf edir. Gəncə aerobika gimnastikası üzrə Avropa çempionatı ilə yanaşı, digər vacib tədbirlərə də ev sahibliyi edir. Gimnastika Azərbaycanda ildən-ilə inkişaf edir. Turnirdə iştirak edən idmançılara uğurlar arzulayıram”.

Rəsmi çıxışdan sonra Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

Turnir noyabrın 9-dan 11-dək gənclər və 15 yaşadək idmançılar, noyabrda 14-16-da isə böyüklər arasında təşkil olunacaq.

Avropa çempionatında 20 ölkədən 380 gimnast mübarizə aparır. Onlar fərdi, üçlük, qarışıq cütlük, qrup və aerodans proqramları üzrə çıxış edəcəklər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.