• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Gəncədə MBD bədən tərbiyəsi və İdman Şurasinin İclasi keçirildi

Sentyabr 30, 2025
A A

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 29-da Gəncə şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.

İclasdan əvvəl iştirakçılar Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir vurğulayıb ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir. MDB Oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə Stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya İdman Kompleksi yaxın günlərdə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər.

İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.