Gənclər və İdman nazirliyinin kollektivi zəfər parkini ziyarət edib
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Anım Günü ilə əlaqədar olaraq, bu gün Gənclər və İdman Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib. Xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Globalart.az