“Golden Globe” mükafatının qalibləri elan edildilər
Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 83-cü mükafatlandırma mərasimi keçirilib.
2025-ci ildə olduğu kimi, bu dəfə də tədbirə komediyaçı Nikki Qleyzer aparıcılıq edib.
Globalart.az BBC-yə istinadən xəbər verir ki, Paul Tomas Andersonun “Döyüşdən-döyüşə” filmi ən yaxşı film (müzikli və ya komediya janrında) seçilib. Rejissor, həmçinin “ən yaxşı rejissor” və “ən yaxşı ssenari” nominasiyalarının qalibi olub. Xloye Çjaonun “Hamnet” filmi ən yaxşı dramatik film, “Key-Pop demon ovçuları” isə ən yaxşı animasiya filmi mükafatlarını qazanıb.
“Pitt” (dram) və “Kinostudiya” filmi (müzikl və ya komediya) teleserialları ilin ən yaxşı layihələri hesab olunub. “Keçid dövrü” filmi “ən yaxşı televiziya filmi, serial və ya miniserial” mükafatını qazanıb.
“Ən yaxşı dram filmi aktyoru” nominasiyasında Vaqner Moura (“Məxfi agent”) və Cessi Bakli (“Hamnet”) “Qızıl Qlobus” mükafatına layiq görülüblər. Timoti Şalame (“Möhtəşəm Marti”) və Rouz Birn (“Bacarsaydım, səni kötəkləyərdim”) isə “ən yaxşı müzikl və ya komediya filmi aktyoru” nominasiyasında mükafat qazanıblar.
Stellan Skarsqard (“Sentimental Dəyər”) “ən yaxşı ikinci plan aktyoru”, Tiana Teylor isə (“Döyüşdən-döyüşə”) “ən yaxşı ikinci plan aktrisası” nominasiyasında mükafat qazanıblar.
Globalart.az