Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.
61 çəki dərəcəsində Nürəddin Novruzov (“Neftçi”) qızıl, Ceyhun Allahverdiyev (MOİK) gümüş, Əliabbas Rzazadə və Fərhad Hacıyev (hər ikisi “Neftçi”) bürünc medallara layiq görülüblər.
70 kq-da Kənan Heybətov (“Sərhədçi”) birinci, Ramik Heybətov (AHİTA) ikinci, Omar Gülməmmədov (“Neftçi”) və Mircavad Nəbiyev (AHİTA, Abşeron) üçüncü olublar.
79 kq-da Cəbrayıl Hacıyev (AGF) qalib adını qazanıb, Fərid Cabbarov (“Neftçi”) ikinci yeri tutub. Bürünc medallara isə Sahib Dadaşov (“Neftçi”) və Ramiz Həsənov (Gəncə, Təhsil-1) sahib olublar.
92 kq-da Ali Tsokayev (AGF) çempion olub. Abubakr Abakarov (AGF) gümüş medal əldə edib. Şəmistan Axundov (“Neftçi”) və Təbriz Bayramov (Sumqayıt, Təhsil) isə yarışı üçüncü pillədə başa vurublar.
125 kq çəki dərəcəsində Yusif Dursunov (“Neftçi”) birinci, Giorgi Meşvildişvili (“Neftçi”) ikinci, Muxamad Qantemirov (AGF) və Xəyal Xanmuradov (Masallı) üçüncü yeri tutublar.
Globalart.az