“Hər kəs üçün Gənclik” adlı inklüziv düşərgə keçirilib
Fevralın 9-dan 13-dək Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində əlilliyi olan gənclərlə birgə, ümumilikdə 65 nəfərin iştirakı ilə “Hər kəs üçün Gənclik” adlı inklüziv düşərgə keçirilib.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, düşərgə çərçivəsində məşğulluq, komanda ilə işləmə bacarıqları, inklüziya, şəbəkələşmə, inklüziv şəhərlər, natiqlik, nitq və debat bacarıqları mövzularında təlimlər təşkil olunub, həmçinin müxtəlif oyunlar və əyləncə proqramları həyata keçirilib.
Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Düşərgənin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.
Globalart.az