• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Hafiz Paşayev: Bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir

Noyabr 19, 2025
A A

“Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. ABŞ-da olduğum müddətdə öyrənmək istədiyim mövzular barədə çox düşündüm və başa düşdüm ki, Beyin Mərkəzləri mənim üçün vacib mənbə olacaq. Hər gün həmin qurumlarda öyrənməyə dəyər yeni bir şey tapmaq mümkün idi və mən iştirak edə bildiyim qədər çox tədbirdə iştirak etməyə çalışırdım”.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

O qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, – deyə H.Paşayev vurğulayıb.

Rektor Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulmasını xatırladıb: “Düşünürəm ki, bu addım hər iki tərəf üçün faydalı olacaq. Həmçinin forum çərçivəsində yeni ideyalar və məlumatlar təqdim ediləcəyinə ümid edirəm”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.