• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Hesablama Palatası: “Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib”

Yanvar 15, 2026
A A

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üzrə aparılmış uyğunluq auditi nəticəsində aşkarlanmış maliyyə və idarəetmə nöqsanları tam aradan qaldırılıb.

Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, audit yoxlaması 2024-cü ilin yekunlarını əhatə edib.

Audit zamanı dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üçün ayrılmış vəsaitdən büdcə ilinin sonuna qalıqda qalmış 627 058.6 manatın 2024-cü il üzrə bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq faktiki ayrılmış vəsaitdən azaldıldığı müəyyən edilib.

Eyni zamanda, dövlət vəsaitindən qənaətlə istifadənin təmin edilməsi, layihə, smeta və müqavilə sənədlərində işlərin adlandırılmasında fərqli yanaşmanın aradan qaldırılması və gələcəkdə əlavə xərclərin qarşısının alınması məqsədilə Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi layihəsi üzrə 12 yaşayış evi üçün 104 608 manat məbləğində qənaət müqavilə dəyərindən çıxarılıb. Bununla bağlı layihə-smeta sənədləri yenidən ekspertizadan keçirilib.

Həmin obyekt üzrə smeta sənədlərinə və müqaviləyə iş həcmlərindən artıq və təkrar daxil edilmiş xərclər, eləcə də eyni işlərin fərqli qiymətlərlə göstərilməsi nəticəsində 146 942.8 manat məbləğində artırılmış müqavilə dəyəri də azaldılaraq yenidən ekspertizaya təqdim olunub.

Audit zamanı Cəbrayıl rayonunun Horovlu kəndində qeyri-yaşayış obyektlərinin, eləcə də 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə layihədə nəzərdə tutulandan artıq həcmlərin daxil edilməsi aşkar edilib. Nəticədə 996 46.5 manat məbləğində vəsaitin müqavilə dəyərindən azaldılması təmin olunub.

Əməyin ödənişi sahəsində isə Zəngilan rayonunun Ağalı kəndində çalışan işçilərə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün nəzərdə tutulan əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində 137 258.7 manat məbləğində artıq ödəniş müəyyən edilib və həmin vəsait müvafiq qaydada bərpa edilib.

Bununla yanaşı, Xidmətin balansında olan nəqliyyat vasitələri üzrə aparılmış yoxlamalar zamanı 1 907.2 manat məbləğində artıq silinmiş yanacaq xərci aşkar edilib və bu məbləğ də geri qaytarılıb.

Audit çərçivəsində, həmçinin 3 müvəqqəti yaşayış şəhərciyinin tikintisi və quraşdırılması ilə bağlı satınalma prosesində qanunvericiliyin tələblərinə əməl olunmadığı, eyni avadanlığın dəyərinin iki lot üzrə təkrar daxil edildiyi və nəticədə müqavilə dəyərinin 522 270.36 manat artırıldığı müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində qeyd olunan məbləğ müqavilə dəyərindən çıxarılıb.

Qeyd edək ki, audit nəticəsində aşkar edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.