Hesablama Palatası və DVX arasında anlaşma memorandumu imzalanıb
A
A
Azərbaycan Respublikası Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Hesablama Palatasından Globalart.az-a bildirilib ki, sənəd dövlət maliyyə nəzarəti, vergi və mühasibat uçotu, institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyən edir.
Memorandumu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli imzalayıblar.
Globalart.az