• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyasına start verilib

Oktyabr 7, 2025
A A

Ənənəvi olaraq, ölkəmizdə hər il keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə start verilib.

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün müsahibə əsasında 15-dən çox aparıcı ali təhsil müəssisəsini təmsil edən 600-dən çox gənc müraciət edib və müraciətçilər arasından mövzuya uyğun bilikləri, həmçinin xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər gənc seçilib.

Oktyabrın 4-də layihə çərçivəsində baş tutan açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, İƏGF Avrasiya Regional Mərkəzi İdarə heyətinin sədri Elçin Əsgərov və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov çıxış ediblər.

Açılış mərasimindən sonra qonaq spiker qismində Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri və Azərbaycan Respublikasındakı diplomatik korpusun duayeni cənab Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” mövzusunda çıxış edib.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış edəcəklər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.