III MDB Oyunlarında 28 cüdoçumuz mübarizə aparacaq
4–5 oktyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək. Globalart.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 28 cüdoçu (16 oğlan, 12 qız) təmsil edəcək.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq.
Globalart.az