• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İlham Əliyev Macarıstanın baş nazirini təbrik etdi

Oktyabr 24, 2025
A A

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib.

Globalart.az “Oxu.az”a istinadən məktubun mətnini təqdim edir:

“Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.

Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.

Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.