• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İnam Kərimov görüş keçirib

Noyabr 27, 2025
A A

Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvləri ilə növbəti görüş keçirilib. Görüşdə vəkillərlə yanaşı, Ali Məhkəmənin hakimləri və Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər.

Bu barədə Globalart.az-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında bu görüşün məhkəmə hakimiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, ikitərəfli müzakirələrin həm praktiki problemlərin aradan qaldırılmasına, həm də birgə əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib. Bildirib ki, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə son illərdə həyata keçirilən islahatlar əsasən ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi, məhkəmələrin iş yükünün optimallaşdırılması, hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və şəffaflığın artırılmasına yönəlib. Qeyd edilib ki, məhkəmə-hüquq sahəsində aparılan islahatlara vəkillər də öz töhfələrini verirlər. Həmçinin vəkillərin qaldırdığı məsələlərin mütəmadi şəkildə analiz edildiyi və onların həlli istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında dialoqu yüksək qiymətləndirərək, bu müzakirələrin artıq silsilə xarakter aldığını bildirib. Görüşün ədalət mühakiməsində xüsusi rolu olan vəkillik institutu üçün qarşıda duran məsələlərin birgə həlli baxımından təqdirəlayiq bir çağırış olduğu qeyd edilib. İlk görüşdə qaldırılan məsələlərin əksəriyyətinin artıq həll edildiyi diqqətə çatdırılıb və vurğulanıb ki, hazırda ölkəmizdə məhkəmə sahəsində baş verən müsbət dəyişikliklər artıq hiss olunmaqdadır. Vəkillərin məhkəmə-hüquq sisteminin inkişafında önəmli bir tərəfdaş olduğu və bu əməkdaşlığın hüquqi islahatların uğuruna birbaşa təsir göstərəcəyini vurğulanıb. Həmçinin görüşlər nəticəsində əldə edilən tövsiyələr və irəliləyişlərin ölkəmizdə hüquqi sistemin daha da təkmilləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Sonra Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev son illərdə məhkəmə sahəsində aparılan islahatlar, yeniliklər və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra vəkilləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, konkret mövzular üzrə rəy və təkliflər səsləndirilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.