• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Yanvar 26, 2026
A A

Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində iqtisadiyyat naziri Avropa İttifaqının Genişlənmə üzrə komissarı, İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri, həmçinin Coca-Cola”, “Growth Lab”, “Boston Consulting Group”,  “BCG Henderson Institute” və “Menzies Aviation”  şirkətlərinin rəhbərləri  ilə görüşlər keçirib. DİF çərçivəsində SOCAR ilə İsveçrənin “SİCPA SA” şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (DİF) iştirak çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb. Görüşdə Azərbaycanla iqtisadi əməkdaşlığın gündəmində olan prioritetlər, ticarət və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər  vurğulanıb. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

DİF çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşüb. Görüşdə ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələlər nəzərdən keçirilib.

Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivlər müzakirə olunub.

İqtisadiyyat nazirinin DİF şərçivəsində növbəti görüşü Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə keçirilib. Tərəflər Azərbaycandaiqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, “Growth Lab” Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan “Yaşıl artım portalı” layihəsinin perspektivləri barədə fikirlərini bölüşüblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində “Boston Consulting Group”un vitse-sədri və “BCG Henderson Institute”un qlobal rəhbəri Nikolaus Lanqla görüşüb. Rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr aparılıb.

Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Menzies Aviation” şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşüb. Görüşdə aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsi qeyd edilib.

Qeyd edək ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR ilə İsveçrənin “SİCPA SA” şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək. Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.