• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat naziri Küveytə işgüzar səfər edib

Oktyabr 9, 2025
A A

Küveyt Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan və Küveyt arasında iqtisadi, investisiya və ticarət əlaqələrinin dərinləşdirilməsi, biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi vurğulanıb, ticarət və sərmayə sahələrində əməkdaşlıq potensialını tam reallaşdırmaq üçün əlverişli imkanlar dəyərləndirilib. Bildirilib ki, Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveytlə iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinə və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına böyük önəm verir. Ənənəvi və bərpaolunan enerji, ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanları qeyd edilib. 

Azərbaycanın investorlar üçün təqdim etdiyi hüquqi təminatlar və əlverişli biznes mühiti barədə məlumat verilib. Qarşılıqlı investisiyaların təşviqi və prioritet layihələr üzrə birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüş keçirib.

Görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb, ortaq təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb. 

Bildirilib ki, hazırda Azərbaycanda Küveyt sərmayəli şirkətlər sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərir və bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın real nəticələrindəndir.

Görüşdə iqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Küveyt Ticarət və Sənaye Palatası (KCCI) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Küveyt şəhərində iki ölkənin özəl və dövlət qurumlarının iştirakı ilə Küveyt-Azərbaycan dəyirmi masası keçirilib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Küveyt arasında iqtisadi sahədə birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanlarından bəhs edib. Bildirilib ki, Azərbaycan və Küveyt iş adamları arasında əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfə verəcək.

Tədbirdə enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm kimi prioritet sahələrdə əməkdaşlığın təşviqinə dair müxtəlif mexanizmlər nəzərdən keçirilib. 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, KCCI-nın baş direktorunun müavini Emad Al-Zeyd  ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə məlumat veriblər. 

Tədbirdə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyətləri haqqında məlumat verib, hər iki tərəfin işgüzar dairələri arasında fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.