• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

Yanvar 26, 2026
A A

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkmənistanda SPECA həftəsi çərçivəsində SPECA Rəhbər Şurasının 20-ci iclası və SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib. 

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 20-ci iclası keçirilib.

Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakovun sədrliyi ilə keçirilən iclasda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və SPECA iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

İclasda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib. Nazir müavini çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Nəqliyyat-tranzit, ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər sahələrdə tərəfdaşlığın regional inkişaf üçün prioritet istiqamətlər olduğu qeyd edilib. Ölkəmiz tərəfindən Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəzərə çatdırılıb. Eyni zamanda, birgə layihələrin dəstəklənməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə yaradılmış birgə investisiya fondlarının əhəmiyyəti diqqətə çatdırılıb.

İclasda  SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, SPECA-nın 2024–2025-ci illər üzrə İş planının icra vəziyyəti müzakirə olunub. İşçi qruplarının fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. SPECA-nın 2026-2027-cı illər üzrə İş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Qırğız Respublikası seçilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini SPECA Çoxtərəfli Etimad Fondunun yaradılmasının çoxvektorlu regional əməkdaşlığın inkişafı baxımından mühüm institusional addım olduğunu qeyd edib.

İclasda Fondun yaradılması üzrə görülmüş işlər müzakirə edilib və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun Maliyyələşdirmə  Strategiyası və ilk Təkliflər Çağırışı qəbul edilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.