• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda iştirak edib

Sentyabr 22, 2025
A A

Türkmənistan İnvestisiya Forumunda Azərbaycanın əlverişli biznes mühiti diqqətə çatdırılıb. Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində keçirilən Forumda müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri və iş adamları iştirak ediblər. Tədbir çərçivəsində ölkələrin iqtisadi potensialı təqdim olunub, beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi müzakirə edilib. Azərbaycanı forumda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Plenar sessiyada çıxış edən Sahib Ələkbərov bildirib ki, Azərbaycan və Türkmənistan prezidentləri arasında formalaşmış yüksək səviyyəli etimad və dostluq münasibətləri iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verir. Onun sözlərinə görə, birgə layihə və təşəbbüslərin icrası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Orta Dəhlizin səmərəliliyinin artırılmasında isə ölkələrimiz xüsusi rol oynayır. Nazir müavini əlavə edib ki, Azərbaycan-Türkmənistan tranzit daşımaları son illər yüksələn dinamika nümayiş etdirir. Təkcə 2025-ci ilin ilk yeddi ayında daşımaların həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən illə müqayisədə 13% çoxdur. Bu fakt nəqliyyat və logistika sahəsində tərəfdaşlığın getdikcə gücləndiyini göstərir.

Forumda həmçinin Azərbaycanın əlverişli iş mühiti, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, xarici investorlar üçün yaradılmış imkanlar və tətbiq olunan güzəştlər barədə məlumat verilib. Bununla yanaşı, ölkənin strateji nəqliyyat-logistika imkanları, Zəngəzur dəhlizinin perspektivləri, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarının investisiya potensialı təqdim olunub. Sahib Ələkbərov enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi perspektivlərini vurğulayıb.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.