İRİA və White Hill Capital Azərbaycanda yeni vençur şirkəti yaradır
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə White Hill Capital vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşdirmə şirkətinin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Müqavilə INMerge İnnovasiya Sammiti çərçivəsində imzalanıb.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu əməkdaşlıq yerli startapların qlobal bazara çıxış imkanlarını genişləndirəcək. O qeyd edib ki, “Bu addım startaplarımıza beynəlxalq vençur imkanlarına çıxışı asanlaşdıracaq.”
White Hill Capital-ın tərəfdaşı Aslan Sultanov isə Azərbaycanın innovasiya ekosisteminin potensialını yüksək qiymətləndirib və yeni bazarın fond üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirdə White Hill Capital-ın dəstəklədiyi Push30 (Azərbaycan) və Zypl (Tacikistan) startapları da təqdim olunub.
Globalart.az
