• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İsraildə 8 Noyabr – Zəfər Günü qeyd olunub

Noyabr 7, 2025
A A

Azərbaycanın İsrail Dövlətindəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qəbul təşkil edilib.

Globalart.az xəbər verir ki, səfirlikdən “AZƏRTAC”a bildirilib ki, tədbirdə İsraildə yaşayan Azərbaycan diasporun nümayəndələri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr, həkimlər, elm adamları, jurnalistlər, ictimai fəallar, biznes və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ölkəmizin İsraildəki səfiri Muxtar Məmmədov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər aparılmış düzgün siyasət, xalqımızın iradəsi və Ordumuzun rəşadəti sayəsində Azərbaycan torpaqlarını azad edib, çoxlarının işğalla barışmaq çağırışına məhəl qoymayaraq qəhrəmanlıqla misilsiz Qələbəyə imza atıb. O, həmçinin Qarabağa həyatın, yeni nəfəsin qayıtdığını deyərək, bu torpaqların bundan sonra daim çiçəklənməsi üçün görülən işlər haqqında məlumat verib.

Daha sonra tədbirdə Zəfər Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Qüds Lirik Operasının solisti Kamelia Yoffe tərəfindən Azərbaycan musiqisi ifa edilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.