• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İsraillə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Yanvar 27, 2026
A A

İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşdə və Bakıda təşkil edilən Azərbaycan-İsrail biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var. Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.  

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.

İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün geniş imkanlar var.

İqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, forumda aparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə, işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadi əməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzar əlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqında fikirlərini bölüşüb.   

Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafı Agentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiya potensialı barədə təqdimatlar keçirilib.

Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.