• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İsveçdə azərbaycanlı tələbələr görüşüb

Dekabr 8, 2025
A A

İsveçin Uppsala şəhərində “İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “İsveçdə tələbə və məzunların V yığıncağı” adlı tədbir keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə İsveçin müxtəlif şəhərlərindən azərbaycanlı tələbə və məzunlar iştirak ediblər. Yığıncağın əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vuran gənclər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və akademik müzakirələr aparmaqdır.

Proqram iştirakçıların Uppsala şəhərində tarixi gəzinti və muzey səfəri ilə başlayıb. Onlar Skandinaviyanın ən qədim universiteti, İsveçin ən hündür katedralı və həmçinin şəhərin 1600 illik tarixi ilə tanış olublar.

Şəhər gəzintisindən sonra İctimai Birliyin İdarə Heyətinin rəhbəri Gülgün Fərziyeva və heyət üzvləri Nərmin Abbasova və Məftun Qafarov təşkilatın tarixi, həyata keçirdiyi layihələr və üzvlük üstünlükləri barədə məlumat verib. Birliyin həmtəsisçisi Rahil Məmmədov təşkilatın dövlətimizin gənclər siyasətinə uyğun olaraq verdiyi töhfələrdən danışıb və gəncləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

“Savadlı və potensiallı gənclərin könüllü olaraq bir araya gələrək cəmiyyətimizə qatqı verməsi onların gələcək peşəkar fəaliyyətlərində əzmkar və zəhmətkeş bir kadr olaraq formalaşacağından xəbər verir”, – R. Məmmədov qeyd edib.

2020-ci ildə əsası qoyulan və 2021-ci ildən etibarən yeni istiqamətlər əsasında formalaşdırılmış təşkilatın üzvləri arasında birliyin gücləndirilməsi, akademik savadlılığın artırılması və daha böyük hədəflərə doğru irəliləməsi 2030-cu ilə qədər təşkilatın əsas strategiyası kimi müəyyən edilib.

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov çıxışında SSANA-nı beşinci illik toplantısı münasibətilə təbrik edərək, dövlətimizin gənclər üçün yaratdığı xaricdə təhsil imkanlarından geniş bəhs edib.

O, Azərbaycanın beynəlxalq tədbirlərdə əldə etdiyi uğurları vurğulayaraq, gənclərin bu istiqamətlərdə daha fəal iştirak edəcəyinə ümid etdiyini qeyd edib.

Səfir, həmçinin xaricdə təhsillə bağlı 2022-2028-ci illər üzrə hazırkı dövlət proqramının əhəmiyyətini önə çəkib.

Diplomat bir neçə gün sonra əziz xatirəsi anılacaq Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə minlərlə gəncin ittifaqın aparıcı ali təhsil müəssisələrinə göndərildiyini xatırladıb.

Səfir əlavə edib ki, İsveçdə təhsil alan tələbələrimizi uğurla bir araya gətirən hazırki platforma onların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi baxımından da önəmlidir.

Tədbirin akademik hissəsi çərçivəsində “Xəzər Dənizi Regionunda İqlim Fəaliyyəti və Ekoloji Davamlılıq – İsveçin Təbiəti Qoruma Təcrübəsi Kontekstində” (“Climate Action and Environmental Sustainability in the Caspian Sea Region Through the Lens of Swedish Nature Preservation Experience”) mövzusu müzakirəyə çıxarılaraq təşkilatın illik fəaliyyət planının əsası müəyyən edilib.

Müzakirələr zamanı Lund Universitetində “Environmental Studies and Sustainability Sciences” ixtisası üzrə magistr təhsili alan Həmidəxanım Hüseynova da çıxış edib. O, Xəzər dənizindəki ekoloji böhran mövzusuna toxunaraq problemin regiona ümumi təsirləri və Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı məqamlar haqqında danışdı.

Çıxışlardan sonra isveçli rejissor Mikael Silkeberqin “History of Folk Jazz from West to East” adlı sənədli filmi nümayiş olunub. Daha sonra tədbir iştirakçıları Azərbaycanla İsveçin tarixi və mədəniyyətinə həsr edilmiş viktorinada iştirak ediblər. İntellektual oyunun qalibləri təşkilat tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, “İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyi İsveçdə təhsil alan və təhsilini başa vuran azərbaycanlıları bir araya gətirmək, onların maraq və əlaqələrini genişləndirmək, eləcə də təhsil, elm, biznes, texnologiya, davamlı inkişaf və mədəniyyət sahələrində layihələr təşkil etmək məqsədi daşıyan, həm Azərbaycanda, həm də İsveçdə fəaliyyət göstərən qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.