“Iteca Caspian” və “Caspian Event Organisers” 2025-ci ilin sərgi mövsümünə yekun vurub
A
A
Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri 2025-ci ilin sərgi mövsümünü uğurla yekunlaşdırıblar.
Globalart.az saytı “AZƏRTAC”a istinadən verir ki, bu il ərzində Bakıda müxtəlif istiqamətləri əhatə edən 13 beynəlxalq sərgi və 2 forum təşkil olunub. Keçirilən tədbirlər qida sənayesi, kənd təsərrüfatı, səhiyyə, su təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusilə də qeyri-neft sektorunun genişlənməsinə töhfə verən mühüm platformalara çevrilib.
Globalart.az
