• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Kənd təsərrüfatı naziri Gürcüstanda

Noyabr 28, 2025
A A

Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Globalart.az-a bildirilib ki, Kartli regionunda yerləşən şərabçılıq müəssisəsinə baş çəkən Azərbaycan nümayəndə heyətinə burada Kartli regionuna məxsus “Chinuri”, “Goruli Mtsvane”, “Tavkveri”, “Shavkapito” yerli üzüm sortlarından şərablar istehsal olunduğu barədə məlumat verilib. İstehsal olunan şərablar palıd çəlləklərində saxlanılaraq “Saguramo” brendi ilə yerli və beynəlxalq bazarlarda satılır. Şərabçılıq müəssisəsi ilə tanışlıq zamanı müəssisənin gələcək hədəfləri, dövlət tərəfindən üzümçülük sahəsinə və şərab istehsalına göstərilən dəstək, kiçik şərab müəssisələrində şərabların keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və beynəlxalq bazarlara çıxış imkanları barədə müzakirələr aparılıb.

Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Tingçilik Mərkəzi ilə tanışlıq zamanı bu müəssisənin ölkənin ən böyük aqrar tədqiqat bazası kimi fəaliyyət göstərdiyi qeyd edilib. Mərkəz meyvə tingçiliyi, calaqaltı istehsalı, yerli sortların qorunması və dekorativ bitkilərin yetişdirilməsi, həmçinin heyvandarlıq və akvakultura istiqamətləri üzrə elmi tədqiqatlar aparır. Mərkəzdə alma, armud, gilas, şaftalı, üzüm və digər çoxillik meyvə növləri üçün sertifikatlı ting və calaqaltı istehsal olunur. Mərkəzlə tanışlıq zamanı ölkədə ting istehsalı, sertifikatlaşma, yerli sortların qorunub saxlanması, çoxaldılması və regionlar üzrə adaptasiyasına dair fikir mübadiləsi edilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin ölkənin un məmulatları istehsalı sektorunda fəaliyyət göstərən yerli şirkətlərin və iri heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, istehsal prosesinin təşkili, xammal və yem təminatının təşkili, məhsuldarlığın artırılması, istehsal prosesinin gücləndirilməsi və digər mövzularla bağlı təcrübələrini bölüşüblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.