• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır

Dekabr 19, 2025
A A

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Globalart.az-a bildirilib ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında fəaliyyət göstərir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.