• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Kiçik və orta biznesin inkişafına həsr olunmuş panel sessiya keçirilib

Sentyabr 23, 2025
A A

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Dayanıqlı və inklüziv investisiya mühitinin yaradılması məqsədilə kiçik və orta biznesin (KOB) gücləndirilməsi” mövzusunda panel sessiya təşkil olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyevin moderatorluğu ilə keçirilən panel sessiyada İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi inklüziv investisiya strategiyasının həyata keçirilməsində KOB nümayəndələrinin strateji əhəmiyyəti barədə məlumat verib. Ticarət missiyaları, ölkələr arasında biznes forumlar, seminarlar və digər işgüzar görüşlərin KOB-ların gücləndirilməsində rolundan danışıb. 

Azərbaycan-Britaniya Ticarət Palatasının icraçı direktoru Zibər Hüseynova innovasiyaların tətbiqi və iqtisadi dayanıqlığın təmin edilməsində KOB-ların əhəmiyyəti və onların gələcəyini formalaşdıran əsas investisiya tendensiyaları barədə məlumat verib. 

Panel sessiyada “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədova Azərbaycanda KOB-ların qarşısında duran əsas çağırışlar, qadın və gənc sahibkarların biznes fəaliyyətinin gücləndirilməsi barədə fikirlərini bölüşüb. 

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyində özəl sektorun inkişafı üzrə baş mütəxəssis Sənan Şabanov Bankın özəl sektorun inkişafına, xüsusilə də KOB-lara dəstək verdiyini, yerli banklar vasitəsilə kreditlərin ayrıldığını bildirib. Qadın sahibkarların fəaliyyətinə xüsusi önəm verildiyi qeyd edilib. Bildirilib ki, yeni texnologiya sahəsinin inkişafı məqsədilə innovativ maliyyə alətləri hazırlanır.

Tədbir iştirakçıları KOB-ların inkişafı üçün yaradılan imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.     

 

Globalart.az
Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.