• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Kitabxanadan Xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə töhfə

Fevral 18, 2026
A A

Respublika Gənclər Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə silsilə materiallar – “İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” adlı metodik vəsait və virtual kitab sərgisi hazırlanıb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, metodik vəsaitdə Xalq şairi Nəriman Həsənzadənin “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilməsi ilə bağlı qəbul edilən rəsmi sənədlərin, Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və 17 fevral 2021-ci il tarixində şairə ünvanladığı müraciətin tam mətni təqdim edilib.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/metodik-vesaitler yerləşdirilən vəsaitdə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat, görkəmli şəxslərin onun haqqında fikirləri, şairin özünün görkəmli şəxsiyyətlər haqqında söylədiyi dəyərli sözlər, akademik Nizami Cəfərovun “Nəriman Həsənzadənin poetik məni” adlı məqaləsinin tam mətni yer alıb.

Metodiki vəsaitdə Xalq şairinin zəngin ədəbi irsini kitabxanalarda təbliğ etmək məqsədilə müxtəlif kütləvi tədbir formalarının həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın bu mövzuya dair tərtib etdiyi onlayn materialların keçidləri və ədəbiyyat siyahısı təqdim edilib.

Virtual kitab sərgisində Nəriman Həsənzadənin VII cilddə nəşr edilən “Seçilmiş əsərləri”, “İllər, pillələr, talelər”, “Poylu-beşiyim mənim”, rus dilində çap edilən “Nabat xalanın çörəyi”, “Mən sizinləyəm”, “Azərbaycan poeziyası” kimi kitabların, Nəriman Həsənzadənin yaradıcılığı haqqında qələmə alınan “Şerimizin Nərimanı”, “Nizami Gəncəviyə Nəriman Həsənzadə baxışı”, “Fərdilik və fərqlilik”, “Nəriman Həsənzadənin dramaturgiyası” kimi dövrü mətbuat nümunələrinin və Xalq şairinin müsahibələrinin tam mətni sərgilənib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.