KOBİA-da 2026-cı ilin ilk vətəndaş qəbulu keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 2026-cı il üzrə ilk vətəndaş qəbulu keçirilib.
Globalart.az “KOBIA”ya istinadən xəbər verir ki, qəbulda biznes subyektlərinin sahibkarlığın inkişafı ilə bağlı müxtəlif məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb. Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin Agentliyin səlahiyyətləri çərçivəsində araşdırılacağı və həlli istiqamətində müvafiq dəstək və əlaqələndirmə tədbirlərinin görüləcəyi bildirilib.
Qeyd edək ki, biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.
Globalart.az