• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

KOBİA Zərdabda sahibkarları dinlədi

Yanvar 12, 2026
A A

Globalart.az “KOBIA”ya istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük, ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq, balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Zərdab rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri sahibkar Emil Məlikzadənin tikiş sexində və “Zəfər X” MMC-nın plastik və taxta qapı-pəncərə istehsalı müəssisəsində də olublar. Müəssisələr ilə tanışlıq zamanı sahibkarların gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.