• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Leykemiya ilə mübarizə aparan uşaqlar üçün elmi seminar keçirildi

Noyabr 3, 2025
A A

01 noyabr 2025-ci il tarixində ZURAYA Global Medical Marketing & Strategy şirkətinin təşkilatçılığı və Qan Donorları Assosiasiyasının sosial tərəfdaşlığı ilə “Güclü Ümid, Sağlam Gələcək” adlı elmi seminar təşkil olundu. Tədbirin əsas məqsədi leykemiya (qan xərçəngi) ilə mübarizə aparan uşaqlara mənəvi və ictimai dəstək göstərmək, həmçinin cəmiyyətin bu xəstəliklər barədə məlumatlılığını artırmaq idi.

Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və tədbiri Tibbi İnkişaf və Təcrübə Mübadiləsi İnstitutunun Sədri, ZURAYA GMMS şirkətinin rəhbəri Zülfiyyə Şahinqızı açıq elan etdi. O, çıxışında qeyd etdi ki, Ümid insanın içindəki ən güclü qüvvədir və hər bir uşağın ümidini qorumaq sağlam gələcəyin təminatıdır.

Tədbir çərçivəsində leykemiyadan sağalmış tələbə Şəbnəmin həyat hekayəsinə həsr olunmuş bədii-sosial videoçarx təqdim olundu.

Seminarda dövlət qurumlarının, səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və xeyriyyə icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə dəstək göstərən qurumlar arasında Sirab suları, Modern Hospital, Azərçay, Novella Kitab Evi və Mərcan Medicare Clinic xüsusi təşəkkürlə qeyd olundu.

Fəxri qonaqlar sırasında Azərbaycan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Modern Hospitalın direktoru PhD Op. Dr. Taryel Ömərov, DTX Hospitalı Qan Bankı direktoru İlhamə Zeynalova, AHTİ lektoru Dr. Xəyalə Şərifova, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov, həmçinin “Vineyard Azərbaycan” Xristian Dini İcmasının pastoru Kamran Ağayev və bir çox tanınmış həkimlər yer alıb.

Seminarda bir sıra şəxs və təşkilatlar leykemiya ilə mübarizədə göstərdikləri dəstəyə görə “Həyat Damlası” döş nişanı və “Uşaq Səfiri” mükafatı ilə təltif olundular. Onların arasında rəssam Mehriban Alışova, Dr. Aygün Aslanova, Dr. Ülviyyə Ağamirova, Əjdər Məmmədov,Günel Xəlilova, Leyla Həsənova, Orxan Abdullayev, Ceyran Soltanova, Gülnar Bayramova, Nərmin Məmmədova və başqaları var.

Elmi seminar iki panel müzakirədən ibarət idi. İlk paneldə qan xəstəlikləri və donorluğun sosial əhəmiyyəti müzakirə olundu. İkinci paneldə isə “Reproduktiv sağlamlıq və onkohematologiyada gələcəyə baxış”, “Ailədə psixoloji tarazlığın qorunması” və “Tibbi turizmin strateji əhəmiyyəti” kimi mövzular ətrafında çıxışlar təqdim edildi. Panel müzakirələr arası “İnci Rəqs Qrupu” çıxışı yer almışdır.

Sonda isə Leykemiya(qan xərçəngi)əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu və elmi seminarın təşkilatçısı Zülfiyyə Şahinqızına “Həyat Damlası” döş nişanı təqdim olundu. Yekunda Uşaq səfiri Rabia xanım səhnəyə dəvət edilərək təşəkkürlə qarşılanması oldu.

“Güclü Ümid, Sağlam Gələcək” təşəbbüsü leykemiya ilə mübarizədə həm elmi, həm də insani baxımdan maarifləndirici platforma olaraq, gələcəkdə bu istiqamətdə daha geniş layihələrin əsasını qoymağı hədəfləyir.

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.