• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Noyabr 14, 2025
A A

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib.

Globalart.az xəbər verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxılıb. Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.

Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha sağlam ceyran nəslinin formalaşdırılmasıdır. Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.

Səfər proqramı çərçivəsində, həmçinin Mingəçevir şəhərində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Leyla Əliyevanın iştirakı ilə 100 nəfər könüllü tərəfindən Eldar şamı və sərvdən ibarət 200 ağac əkilib. Eldar şamı və sərv quraqlığadavamlı, regionun torpaq-iqlim şəraitinə uyğun ağac növləri kimi ətraf mühitin mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.