• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Leyla Əliyeva Oman Milli Muzeyini ziyarət edib

Yanvar 6, 2026
A A

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

Globalart.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Bu muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.