• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Leyla Əliyeva ÜST-nin nümayəndəsi ilə görüşüb

Dekabr 19, 2025
A A

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.

Globalart.az xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.

Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin “Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.