• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Leyla Əliyeva və Alena Əliyeva DOST-da

Dekabr 29, 2025
A A

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Globalart.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.

Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.

Sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.

Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.

Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.