• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Londonda azərbaycanlı musiqiçilərin iştirakı ilə xeyriyyə konserti keçirilib

Oktyabr 21, 2025
A A

Londonda Humay Quliyevanın irsinə həsr olunmuş “Şərqdən Qərbə” adlı xeyriyyə konserti keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, beynəlxalq səviyyədə tanınmış azərbaycanlı skripka ifaçısı Səbinə Rakçayeva və pianoçu Günel Mirzəyeva yaddaqalan konsert proqramı ilə çıxış ediblər. Konsert Beynəlxalq Qırmızı Xaç Komitəsinin keçmiş əməkdaşı Humay Quliyevanın xatirəsinə həsr olunub.

Musiqi gecəsi Azərbaycan icması ilə yanaşı müxtəlif ölkələrdən gələn tamaşaçılara mərhəmət, humanizm və dostluq dəyərlərini əks etdirən emosional və unudulmaz bir gün yaşadıb. Proqram çərçivəsində tanınmış bəstəkarların əsərləri səsləndirilib, videotəqdimatlar nümayiş olunub. Həmçinin, Humayın həyatına, təhsil və humanitar dəyərlərə sadiqliyinə həsr olunmuş çıxışlar dinlənilib.

Konsertin ideyası və bədii rəhbəri Səbinə Rakçayeva olub. Onun rəhbərliyi ilə təqdim edilən proqram Şərq və Qərb musiqi ənənələrini birləşdirərək, səmimi və dərinmənalı bir musiqi körpüsü yaradıb.

Humayın xatirəsini yaşatmaq və işini davam etdirmək məqsədi ilə təsis edilən “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova öz çıxışında musiqiçilərə və təşkilatçılara, eyni zamanda iştirakları ilə fondun fəaliyyətinin genişlənməsinə töhfə verən bütün donor və dəstəkçilərə minnətdarlığını bildirib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.