• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dekabr 17, 2025
A A

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə çıxış edən assosiasiyanın sədri Hafiz Baxşəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyimizin rəmzi olduğunu qeyd edib. O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların birliyi, bir-birinə dəstəyi və milli dəyərlərə bağlılığı Azərbaycanın güclənməsində mühüm rol oynayır. H.Baxşəliyev vurğulayıb ki, diaspor təşkilatlarının əsas məqsədi azərbaycanlıları bir araya gətirmək, milli kimliyi qorumaq və gələcək nəsillərə ötürməkdir.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov isə qeyd edib ki, bu gün Azərbaycan regionda və beynəlxalq arenada sürətlə güclənən, nüfuzu artan bir dövlətdir. O vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə edib. E.Süleymanov əlavə edib ki, Azərbaycan mədəniyyətinin inkişafı və onun xaricdə layiqincə təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır və bu baxımdan diaspor təşkilatlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə istedadlı musiqiçi, 2018-ci il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi Aisel (Aysel Məmmədova) konsert proqramı ilə çıxış edib. Sənətçi milli musiqilərimizlə yanaşı, müasir pop janrında ifa etdiyi mahnılarla tədbirə xüsusi rəng qatıb.

Aiselin yüksək peşəkarlıqla təqdim etdiyi səhnə performansı və canlı ifaları diaspor nümayəndələri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Onun repertuarı həm milli-mədəni dəyərlərimizin təbliği, həm də müasir Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təqdimatını özündə əks etdirib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.