• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Louis Vuitton: Bir brend hekayəsi

Dekabr 10, 2025
A A

Louis Vuitton: lüksün, zərifliyin və zamana meydan oxuyan sənətkarlığın adıdır. Lakin bu parıltılı adın arxasında çox az adamın bildiyi sirlərlə dolu bir tarix dayanır. Gəlin, bu əfsanəvi brendin keçmişinə və bu günkü şöhrətinə aparan heyrətamiz həqiqətləri bir-bir kəşf edək.

1) Çin Səddində moda şousu keçirən ilk marka

2007-ci ildə Louis Vuitton Çin Səddində möhtəşəm bir moda nümayişi təşkil edərək tarixə adını yazdı. Marc Jacobs-un yaradıcılığı ilə gerçəkləşən bu şou, brendin dünyaya hökm edən gücünün parlaq sübutu oldu.

2) Brendin ilk yeniliyi – su keçirməyən sandıq

1858-ci ildə Louis Vuitton, düz kənarlı, su keçirməyən səyahət sandığı yaratdı. Bu dizayn o dövrün klassik sandıqlarına meydan oxuyaraq səyahət sənayesində inqilab yaratdı.

3) Dünyanın ən bahalı çamadanı – “Urban Satchel”

Təkrar emal olunmuş materiallardan hazırlanan və 150 min dollara satılan bu çamadan, həm sənət, həm ekoloji mesaj, həm də dəbdəbənin özü idi.

4) Louis Vuitton adını daşıyan gül

Brend yalnız modada deyil, təbiətdə də iz qoydu: “Rosa Louis Vuitton” adlı gül Paris yaxınlığındakı Bagatelle bağlarında çiçəklənir.

5) Gizli kolleksiyalar – yalnız seçilmişlər üçün

Louis Vuitton bəzən yalnız xüsusi müştərilərinə təqdim etdiyi gizli, limitli kolleksiyalar yaradır. Bu məhsullar daha çox bir status, bir sirr, bir imza kimidir.

6) Saxtakarlığa qarşı özəl detektiv komandası

Dünyanın ən çox təqlid edilən markası olmaq asan deyil. Louis Vuitton hər il yüzlərlə saxta məhsul işi ilə mübarizə aparır və bu iş üçün öz dedektiv qrupunu belə qurub.

7) Louis Vuitton-un “kosmik macərası”

“Exploration” adlı konseptual kosmik nəqliyyat vasitəsi markanın sərhəd tanımayan ruhunu təcəssüm etdirir. Bu, yalnız seçilmiş müştərilər üçün nəzərdə tutulmuş futuristik bir xəyal məhsuludur.

8) Dünyanın ilk üzən Louis Vuitton mağazası

Sinqapurun Marina Bay Sands bölgəsində yerləşən bu mağaza suyun üzərində bir kristal kimi parlayır. Altından keçid tuneli və sakitlik dolu terrasları ilə tam bir təcrübə məkanıdır.

9) Ən bahalı masa tennis dəsti

Louis Vuitton yalnız modanı deyil, idmanı da lüksə çevirib: 2000 dollarlıq masa tennis dəsti bunun sübutudur.

10) Brendin ilk qadın dizayneri

2014-cü ildə Julie de Libran Louis Vuitton-un ilk qadın kreativ direktoru kimi tarix yazdı və brendin DNA-sına feminine bir nəfəs qatdı.

11) BMT-yə xüsusi hazırlanan kolleksiya

Louis Vuitton, BMT ilə əməkdaşlıq edərək humanitar missiyalara dəstək üçün xüsusi məhsullar hazırlayıb.

12) Musiqiyə olan sevgi

Paris Maison Vuitton mağazasında yerləşən musiqi salonunda dünyaca məşhur sənətçilər çıxış edir. Brend modanı musiqi ilə harmoniya içində yaşadır.

13) Unudulmaz əməkdaşlıqlar

Supreme, Yayoi Kusama, Jeff Koons… Bu əməkdaşlıqlar moda dünyasında hadisəyə çevrildi və kolleksionerlər üçün nadir incilər oldu.

14) İkonik “LV” monoqramının sirri

1896-cı ildə Georges Vuitton monoqramı brendi saxtakarlıqdan qorumaq üçün yaratdı. Bu gün isə o, lüksün ən tanınan simvollarından biridir.

15) İlk Louis Vuitton restoranı və kafesi

2020-ci ildə Osaka-da açılan LV restoranı markanın zərifliyini yeməklərə, məkana və təcrübəyə daşıyır.

16) Dünyanın ən bahalı ayısı – Louis Teddy Bear

2000-ci ildə hazırlanan Steiff Louis Teddy Bear 2,1 milyon dollara satılaraq oyuncaqlar dünyasının əfsanəsinə çevrildi. Hazırda Koreyada bir muzeydə qorunur.

17) Artıq 19 ildir ki, dünyanın ən dəyərli lüks markasıdır

Kantar BrandZ reytinqi açıldığından bəri Louis Vuitton hər il zirvədədir. Bu davamlı uğur heç bir markaya nəsib olmayıb.

Globalart.az 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.