Luvrdan oğurlanmış bəzi qızıl-zinət əşyaları tapılıb
Oktyabrın 19-da səhər saatlarında Luvrdan oğurlanmış doqquz zinət əşyasından bəziləri artıq tapılıb.
Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Tapılan əşyalar arasında imperator III Napoleonun həyat yoldaşı Yevgeniyanın tacı da var. Qəzet, həmçinin quldurluqda dörd cinayətkarın da iştirak etdiyini yazıb. Onlardan ikisi fəhlə kimi sarı jilet geyinib, digər ikisi isə muzeyin pəncərəsi altında skuterlərdə gözləyiblər.
Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, oğruluq dörd dəqiqə çəkib. Cinayətkarlar tikinti işlərinin aparıldığı Sena sahilindən binaya daxil olublar. Onlar muzeyə daxil olmaq üçün kran maşınından istifadə ediblər. İki oğru pəncərələri sındıraraq, Apollon qalereyasına daxil olub və oradan qiymətli əşyaları oğurlayıblar.
Globalart.az
