• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Məcnun Məmmədov Oman Sultanlığının naziri ilə görüşüb

Dekabr 18, 2025
A A

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan və Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Globalart.az-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov görüşdə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial olduğunu deyib. Qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Oman Sultanlığı arasında əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Bildirilib ki, sahibkarlar arasında əlaqələri gücləndirmək, ixracyönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacib olduğunu vurğulayıb.

Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqri bildirib ki, ölkəsi Azərbaycanla ticarət əlaqələrini genişləndirməyi və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmağı vacib hesab edir. Bunun üçün əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edən nazir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Omanın Kənd Təsərrüfatı, Balıqçılıq və Su Ehtiyatları Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamaq təklifini dəstəklədiyini bildirib.

Görüşdə azad olunmuş ərazilərdə kənd təsərrüfatının səmərəli təşkilinə dair layihələr, balıqçılıq, texnologiya transferi, təcrübə mübadiləsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.