• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

Fevral 12, 2026
A A

Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak edirlər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib. Mədəniyyət sahəsinin idarəolunması, müəssisələrin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə işlər davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası haqqında danışan Adil Kərimli bildirib ki, bu tarixi sənəd milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. Konsepsiyada mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji yol xəritəsidir.
Nazir qarşıya qoyulan hədəflərə çatmaq üçün vahid komanda şəklində fəaliyyətin vacibliyini qeyd edib, hər kəsə uğurlar arzulayıb.
Sonra beynəlxalq mədəni əməkdaşlıq, kitabxanalar, rəqəmsallaşma, Böyük Qayıdış və muzeylər mövzusu üzrə nazir müavini Fərid Cəfərovun, incəsənət, konsert müəssisələri və teatr fəaliyyəti barədə nazir müavini Murad Hüseynov və Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində ümumi vəziyyətlə bağlı NMR mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən Seyidovun çıxışları dinlənilib.
İclasda həmçinin mədəni irslə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, kino sahəsi və yaradıcı sənayelər üzrə Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Rəşad Əzizov, mədəniyyət təhsili ilə bağlı nazirin müşaviri Cəsarət Valehov və Heydər Əliyev mərkəzlərinin fəaliyyəti ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov hesabat məruzəsi ilə çıxış ediblər.
Çıxışlar müvafiq sahələr üzrə fəaliyyətin nəticələrini əks etdirən slayd-təqdimatla müşayiət olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.