• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb

Fevral 17, 2026
A A

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı fırça ustası Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş rəssamın fərdi sərgisi açılıb. Sərgidə abstrakt əsərlər, natürmortlar və portretlər də daxil olmaqla 46 rəsm əsəri nümayiş olunur.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgini açaraq nümayiş etdirilən tabloların bədii əhəmiyyətini qeyd edib və Məryəm Ələkbərlinin əsərlərinin bir çox rəssam üçün nümunə ola biləcəyini vurğulayıb.

Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli rəssamın həyat və yaradıcılığı, əsərlərinin bədii keyfiyyətləri və sənətimizdə qeyri-adi bir fenomen olması barədə ətraflı danışıb. O deyib: “Mən Məryəm Ələkbərlinin Bakıdakı bütün sərgilərini görmüşdüm və onun işlərini kifayət qədər yaxşı bildiyimə əmin idim. Amma rəssamın genişmiqyaslı əsərlərinin əhatəsində təəssüratımı yalnız bir sözlə təsvir etmək olar: şok! Heç vaxt şübhə etmədiyim abstraksiyaları gördüm. Məryəmin reallıq qavrayışının unikal bir təbəqəsini təmsil edən portretlərlə qarşılaşdım. Fərqli şəxsiyyətlərə və qeyri-adi görünüşlərə malik nağıl personajları ilə dolu bir dünya gördüm. Hər hansı bir cəhəti və ya xüsusiyyəti ayırd etmək çətindir. Sərgidə gəzsəniz, bu rəssamın qura bildiyi ecazkar dünyaya dərhal heyran qalacaqsınız”.

Məryəm Ələkbərli Daun sindromlu rəssam idi. Qısa ömrü ərzində onun 43 sərgisi keçirilib. Onun rəsmləri Rusiya, Fransa, Türkiyə, ABŞ, İtaliya, Yaponiya, Belçika və BƏƏ-də nümayiş etdirilib. Sərgilərdən beşi Bakıda keçirilib. Məryəm Ələkbərli bir rəssam kimi inanılmaz dərəcədə mürəkkəb inkişaf və transformasiya yolu keçib. O, 2025-ci il fevralın 14-də, cəmi 33 yaşında vəfat edib.

Azərbaycan Rəssamlar İttifaqının Sərgi Salonunda keçirilən sərgi fevralın 24-dək davam edəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.